“Broker Əbülfəz”ə yüksək vəzifə verilib? - Rəsmi açıqlama
Dövlət Gömrük Komitəsi “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun vəzifəyə təyin olunması barədə yayılan məlumata münasibət bildirib.
DGK-nın açıqlamasında qeyd olunur ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb.
Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.
Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...