“Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi” - Kamran Ağayev
“Nə barədə danışım? Qurban Qurbanovun istefa verməyindən? Siz elə bilrisiniz ki, Qurban Qurbanovun istefa verməyinə sevinirəm?”
Bu sözləri milli komandamızın və “Keşlə”nin qapıçısı Kamran Ağayev deyib. 32 yaşlı qolkiper milli komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib:
“Çoxları elə bilir ki, mənim Qurban Qurbanovla aramda problem var. Amma bu, belə deyil. Onunla münasibətim indi də yaxşıdır, necə ki, siz qələm əhliylə də eləyəm. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq bazubəndini verib. Qurban Qurbanovun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”.
Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...