Milli standartlarla bağlı tədbir keçirildi
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, yeni qanunvericilik bazası formalaşdırılıb, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmləri tətbiq edilib. Nazir müavini Azərbaycanda standartların tətbiqi, keyfiyyətli xidmətlərin göstərilməsi və qeyri-neft sektoru üzrə istehsal və ixracın beynəlxalq tələblərə uyğunlaşdırılmasının əhəmiyyətini qeyd edib.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsi olduğunu qeyd edib.
Tədbirdə milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması və bu sahədə dövlət-özəl əməkdaşlığının möhkəmləndirilməsinə dair təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...