Bakı-Gəncə sürət qatarı yolda qaldı - Abbas da ordadır

11:39 05-01-2019 | icon 3198
Bakı-Gəncə sürət qatarı yolda qaldı - Abbas da ordadır

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə baş verib. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub.

 


Digər xəbərlər

0.24245095252991