AzTV ilə İTV birləşdirilir?
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. O. Gündüz qeyd edib ki, son dövrlərdə Prezident tərəfindən dövlət sektorunda optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə xərclərinə qənaət istiqamətində atılan addımlar baxımından bu məsələ daha da aktuallaşıb:
“Xatırlayıram ki, teleradio fəaliyyəti və İTV ilə əlaqəli qanunvericilik aktları müzakirə olunanda bu məsələ də ciddi müzakirə predmetinə çevrilmişdi. Hazırda AzTV-də islahatların, müəyyən dəyişikliklərin aparıldığı bildirilir.
Təəssüf ki, İTV hələlik gözləntiləri doğrultmayıb. İTV-nin “qızıl dövrünü” indiyədək nəinki qaytarmaq, heç yaxınlaşmaq mümkün olmayıb.
Yeni rəhbərlik gələndən, Yayım Şurası yenilənəndən sonra sadəcə “Xəbərlər” proqramına və studiyalara bir az əl gəzdirilib.
Qanunvericiliklə İTV qarşısına qoyulan vəzifələrin icrası və prinsiplərə əməl edilməsi sahəsində ciddi problemlər qalmaqdadır.
Plüralizm prinsipinə əməl etmək isə ümumiyyətlə yaddan çıxıb.
Hərdən mənə elə gəlir ki, AzTV bu baxımdan daha öndədir”.
Onun sözlərinə görə, hazırda dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskussiyaların aparılmasına ehtiyac var.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...