“Neftçi” yeni transferini rəsmən açıqladı

12:01 03-02-2019 | icon 3030
“Neftçi” yeni transferini rəsmən açıqladı

“Neftçi” hücumçu transfer edib.

Klub italiyalı futbolçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. 31 yaşlı forvard “ağ-qaralar”da 16 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın “Montorio” (2005-2006), "Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lançano” (2009-2010), “Frosinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), “Sampdoriya” (2013-2016), “Bolonya” (2015), “Bari” (2015-2016) klublarında da çıxış edib.


Digər xəbərlər

0.2915198802948