Bakıdan qalxan təyyarə uçuşdan kənara çıxdı - Fotolar

17:07 26-02-2019 | icon 3069
Bakıdan qalxan təyyarə uçuşdan kənara çıxdı - Fotolar

Moskvanın Şeremetyevo hava limanında insident yaşanıb.

Bakıdan havaya qalxan “Qolfstrim” (“Gulfstream”) aviaşirkətinə məxsus biznes-jet təyyarə aeroportda uçuş-enmə zolağından kənara çıxıb.

Göyərtədə iki pilot və bir sərnişin olmaqla 3 nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

İnsidentlə bağlı aeroportun uçuş-enmə zolağının biri müvəqqəti bağlanıb.

“Silk Way Business Aviation” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, şirkətə məxsus təyyarə Şeremetyevo hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb.

Təyyarənin göyərtəsində 3 nəfər olub və onların heç biri xəsarət almayıb.

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.

 










Digər xəbərlər

0.2241849899292