“Barsa” “Real”ı Madriddə darmadağın etdi - Fotolar + Video

09:06 28-02-2019 | icon 5056
“Barsa” “Real”ı Madriddə darmadağın etdi - Fotolar + Video

İspaniya Kral Kuboku uğrunda yarım final oyunu keçirilib.

“Santyaqo Bernabeu” stadionunda “Real” əzəli rəqibi olan “Barselona”nı qəbul edib. 

İlk hissə qolsuz bərabərliklə başa çatıb. 

 

"Barselona" 51-ci dəqiqədə hesabı açıb. Luis Suares fərqlənməyi bacarıb. 

Oyunun 69-cu dəqiqəsində Rafael Varanın vurduğu avtoqolla “Barselona” hesabda 2 top irəli keçib. 

Matçın 72-ci dəqiqəsində "Real"ın qapısına təyin edilən penaltini Luis Suares dəqiqliklə yerinə yetirib.

"Barselona" 3:0 hesabı ilə qalib gələrək kubokun finalına vəsiqə qazanıb.

 









 

Digər xəbərlər

0.34908103942871