Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib - “Mərkəzdə 5-6 yer təklif olundu”
Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də əməkdar artist Bəhram Bağırzadəni qəbul edib.
Görüşdə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə B.Bağırzadənin Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması ilə bağlı irəli sürdüyü təklif müzakirə olunub.
B.Bağırzadə bildirib ki, hər şeyin belə tez baş verəcəyini gözləmirdi: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüzdən cəmi bir neçə gün keçib və məni yenə dəvət etdilər, Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı fikirlərimi dinlədilər. Görüşdə ilkin olaraq heykəlin ucaldılacağı ərazinin müəyyən edilməsi barədə razılığa gəlindi. Bunun üçün şəhərin mərkəzində beş-altı yer təklif olundu.
Seçimi peşəkarlar – şəhərsalma üzrə mütəxəssislər, memarlar və heykəltəraşlar edəcəklər. Sonra heykəltəraşlar arasında müsabiqənin elan ediləcəyi gözlənilir və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək”.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...