Bakıda qadın sürücülərə hədiyyələr verildi - Fotolar

15:32 08-03-2019 | icon 2916
Bakıda qadın sürücülərə hədiyyələr verildi - Fotolar

Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədər ənənəvi aksiya keçirir.

 8 Mart  münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilir və onlar BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.

 



 

Digər xəbərlər

0.30152797698975