“Əleyhimizə bir neçə qərar oldu” - Nikola Yurçeviç
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində millimiz ilk oyunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.
Oyundan sonra yığmamızın baş məşqçisi Nikola Yurçeviç fikirlərini bölüşüb:
- Xorvatiyanı qələbə münasibətiylə təbrik edirəm, bunu haqq edirdilər. Mən ancaq bir az sevincli deyiləm, çünki məğlub olduq. Bu möhtəşəm atmosferdə nöqtə qoymağa yaxın idik. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Futbolçularım əllərindən gələni etdi, 90 dəqiqə savaşdılar. Hesabı 2:2 etmək üçün çox çalışdıq. Amma vəziyyət belə oldu.
- Azərbaycan millisinə nə lazımdır ki, hesabı qoruya bilsin?
- Bu qrupun ən yaxşısı Xorvatiyadır və bir daha onları təbrik edirəm. Onlar bəlkə də rahat qələbə düşünürdülər. Bu oyun gələcəkdə bizim üçün çox önəmli olacaq. Çünki bu matçın qanadlarında ev matçlarında uğurlar qazana biləcəyimizə ümid edirik.
- Hakimin qərarlarına qəzəbli deyilsiniz?
- Mənə görə, bizim əlehimizə bir neçə qərar oldu, lakin bunu vurğulamıram. Rəqibin lehinə olan qərarlar verilirdi. Xorvatiya o qədər güclü idi ki, yenilgimizi belə şeyə bağlamaq doğru olmaz.
- Azərbaycanlı futbolçuların performansına heyran qaldınız?
- Xorvatiya aşkar favorit idi. Yaxşı müqavimət göstərəciyimizi gözləyirdim. Xorvatiyaya xoş olmayan taktika hazırlamışdım. Bəzi şanslar yaratdıq. Əgər ilk hissədəki hesabı qorumağı bacarsaydıq, hətta sürpriz də edə bilərdik. Xorvatiya ən yaxşı komandalardan biridir. Biz FIFA-nın reytinqində 100-cü yerə yaxınıq. Bu hesab möhtəşəm nəticədir.
- Xorvatiyada rəqib olmaq necə hiss idi?
- Xorvatiyanı bütün qəlbimlə sevirəm. Hətta himn səslənəndə əlimi ürəyimin üstünə qoydum. Ancaq bu gün Zaqrebdən xalla ayrılmağı istəyirdim.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...