İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü - “Dəvət edin, bizə dəyən ziyanı ödəsinlər”
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb.
Icra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.
İcra başçısı qeyd edib ki, kimin bankda krediti varsa, bank rəhbərlərindən kreditin ödənilməsi ilə bağlı xahiş edərik: “İndi istintaqa öz izahatınızı verin və borclarını ifadənizdə qeyd edin ki, məsələlər tez yekunlaşsın. Kimə işləmək üçün yer lazımdırsa gəlin, bu barədə də müraciət edin.
Mağaza satıcılarından biri icarəyə götürdüyü obyektinin 2 dəfə yandığını, hər dəfə də onlara kompensasiya veriləcəyini qeyd etsələr də, buna əməl edən olmadığını diqqətə çatdırıb : “Dedilər ki, 7 ay yer pulu verməyəcəksiniz, sadəcə iki ay gözlədilər, 3-cü ay isə tutdular. Sahibkarı bura dəvət edin, yerindəcə camaata dəyən ziyanı ödəsin".
Mağazası yanan zərərçəkmiş xanımlardan biri isə bildirib ki, istintaqın başa çatmasını gözləmək istəmirlər: “Hələ beş ay istintaq gedəcək. Bu beş ayda mənim uşağım nə yeyəcək? Bilmək olmaz, bəlkə mənim malımı gecə yığıb sonra od vurublar?! Mənə deyəcəklər ki, malın yoxdur. Biz axşam plombu təhvil veririk, səhər də gəlib mağazanı açırıq. Səhər gəldik gördük ki, ticarət mərkəzi yanır. Nə qədər etdimsə, məni içəri qoymadılar. Əmanətimi götürmək istəyirdim. 10 ildir orada işləyirəm. Hər ay sosial və vergidən başqa 1000 manat icarə haqqı vermişəm. Onlar lüks həyat yaşayırlar, lüks maşınlarda otururlar. Biz isə evimizi satmışıq, heç nəsiz qalmışıq”.
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...