Rafael Ağayev 12-ci “qızıl”ı əldən verdi - Fotolar
İspaniyanın Quadalaxara şəhərində keçirilən böyüklərin 54-cü Avropa çempionatında növbəti final görüşü baş tutub.
-75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev finalda italiyalı Luici Busaya 0:1 hesabı ilə məğlub olub.
Karyerası ərzində 11 dəfə Avropa çempionluğu yaşamış 34 yaşlı karateçi bu dəfə gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, bu, Azərbaycan karateçilərinin İspaniyadakı qitə çempionatında ikinci medalıdır. Bundan öncə Asiman Qurbanlı bürünc medal əldə edib.
Qızıl medal uğrunda görüş
-75 kq, Rafael Ağayev : Luici Busa (İtaliya) - 0:1
Əvvəlki görüşlər
1. Yusid Suljiç (Bosniya və Herseqovina) - 3:0
2. Bekim Başa (Albaniya) - 3:1
3. Elhami Şabani (Kosova) - 3:0
4. Stanislav Horuna (Ukrayna) - 5:1
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...