Daha 5 güləşçimiz mübarizəyə başlayır
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.
Bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verəcək. Artıq yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.
60 kq-da yarışan Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi poşalı David Andrey Ersetiç olacaq.
67 kq çəki dərəcəsində güləşən Kamran Məmmədov 1/8 finalmərhələsində Danimarka idmançısı Fredrik Holmquist Byerrehuusla üz-üzə gələcək.
72 kq-da mübarizəyə təsnifat mərhələsindən start verəcək Ülvi Qənizadə ilk görüşünü Moldovadan Anatoli Popova qarşı keçirəcək.
82 kq-da mübarizə aparan Rafiq Hüseynovun 1/8 finaldakı rəqibi macarıstanlı Peter Naqi olacaq.
Orxan Nuriyev də (97 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. Güləşçimiz bu mərhələdə Artur Şahinyan (Ermənistan) / Pontus Yohan Lund (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...