“Nəvəm deyirdi, İlham babamız nə vaxt qonaq gələcək?” - Video
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub.
Sakinlər ölkə başçısı və birinci vitse-prezidentlə söhbətləşib. Onlar prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayıb. Vətəndaşlar parkda yaradılan gözəl şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Prezident İlham Əliyev isə qeyd edib ki, park doğrudan da gözəl bir görkəm alıb, müasirləşib: “Quruculuq işləri aparılıb. Yaşıllıqlar salınıb. Parkın əvvəlki vəziyyəti sizə yaxşı tanışdır. İndi çox böyük işlər görülüb. Vətəndaşların istirahəti üçün burada imkanlar çox böyükdür”.
Sakinlərdən biri görüşdə nəvəsinin sualını səsləndirib: "Mən hər gün teleziyada sizin çıxışlarınızı nəvəmlə bərabər izləyirəm. Nəvəm məndən soruşur ki, ay nənə, bizim İlham babamız bizə nə vaxt qonaq gələcək?"
Prezident isə "Baxın gəlmişəm" cavabını verib.
Sakinlərlə söhbətin videosunu təqdim edirik:
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...