Bu qurumun işçilərinin maaşı ikiqat artırıldı
Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanunun 22.12-ci maddədə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilib. 22.16-cı maddənin ikinci cümləsindən “, habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında)” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur. 28.6-cı maddənin dördüncü cümləsindən “və” sözü çıxarılıb. Yeni əlavə olunan 34.4-cü maddədə bildirilir ki,Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Qeyd edək ki, bu Qanunun 1.4-cü maddəsi 2019-cu il aprelin 1-dən qüvvəyə minir.
Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...