“Qalatasaray” liderlik şansını əldən verdi

11:11 30-04-2019 | icon 3109
“Qalatasaray” liderlik şansını əldən verdi

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

Son oyun günündə “Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb.

Lider “Başakşəhər”in məğlub olduğu turda ilk pilləyə yüksəlmək şansı əldən edən “Qalatasaray” bu şansdan istifadə edə bilməyib. Belə ki, “Cimbom” rəqibinin müqavimətini qıra bilməyib və oyun 0:0 hesabı ilə bitib.

Hazırda “Başakşəhər” 62 xalla birinci, “Qalatasaray” 60 xalla ikinci, “Beşiktaş” isə 59 xalla üçüncü pillədədir.


Digər xəbərlər

0.24890494346619