“Qafqaznews”un rəhbərinə 12 il hökm oxundu

13:23 30-04-2019 | icon 2956
“Qafqaznews”un rəhbərinə 12 il hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla pul tələb etməkdə təqsirləndirilən "Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevə hökm oxunub. 

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Tağıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, M. Tağıyev Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. Onun cinayət işi üzrə zərərəçəkmiş qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, qaynı Toğrul Tağıyev və "Yuxa" restoranının sahibi Azər Həsənov tanınıb. 

 

Belə ki, M. Tağıyev qaynı Toğrul Tağıyevdən 120 min manat, Elçin Bədəlovdan 80 min manat, Xaliq Abbasovdan 20 min manat, Azər Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə tələb edərək almaqda ittiham olunur. 

O, qaynı Toğrul Tağıyevi  intim video görüntülərini yaymaq və rəhbərlik etdiyi istehsal müəssisəsində qanunu pozduğuna dair yazılar yayımlayacağı ilə hədələyib. 

Elçin Bədəlovun rəhbərlik etdiyi şirkət haqda “Nort Vest Konstrakşn” tenderlərdə hansı oyunlar oynayır" başlıqlə yazı dərc edib. Daha sonra E. Bədəlovdan pul tələb edib, o isə pul verməkdən imtina edib. Buna görə də növbəti dəfə "Elçin Bədəlov kimdir" başlıqlı yazı dərc edib. 

Xaliq Abbasov haqda yazılar dərc etdikdirdən sonra o, qafqaznews.az saytını məhkəməyə verib. Xətai Rayon Məhkəməsi saytın təkzib verməsi, üzr istəməsi, yazının saytdan silinməsi və cərimə olaraq Silahlı Qüvvələr Fonduna 2 min manat ödənilməsinə qərar verib. İttihama görə, M. Tağıyev həmin yazıların silinməsi üçün X. Abbasovdan 20 min manat tələb edib. 

M. Tağıyev həmçinin Azər Həsənovdan pul tələb edib və ala bilmədiyi halda saytda "Yuxa restoranı xarici kəşfiyyat orqanlarına işləyir" başlıqlı yazı dərc edib.


Digər xəbərlər

0.3232409954071