İcra başçısı Mamusta kəndində səyyar qəbul keçirib - Foto
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Mamusta kəndində səyyar qəbul keçirib.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət Abdullayevin, İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaşların müraciətləri dinlənilib, inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.
Qəbul zamanı sakinlər son illərdə Lənkəran şəhərinin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri, xüsusilə Ələt-Astara-İran İslam Respublikası sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsini və 11 min nəfər sakinin gündəlik istifadə etdiyi, uzun illər təmirsiz qalmış Hirkan-Mamusta-Siyavar kəndlərarası avtomobil yolunun əsaslı təmirinə və asfaltlanmasına başlanılmasını yüksək dəyərləndirərək bu qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Sakinlər həyata keçirilən sosial-iqtisadi islahatların, icra olunan infrastruktur layihələrin onların maddi-məişət şəraitinin yaxşılaşdırdığını diqqətə çatdırıblar. İcra başçısı və Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət Abdullayev qəbul-görüşdə çıxış edib ölkə Prezidentinin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat veriblər. Qəbul-görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...