"Neftçi" rəhbərliyi "Qarabağ"a görə AFFA-ya müraciət etdi
“Neftçi” klubu Premyer Liqanın ardıcıl 7-ci çempionu olan “Qarabağ”ın "Bakcell Arena”da mükafatlandırılmasından narahatdır.
“Flaqman” son turun oyununun “Dalğa Arena”da keçirilməsi üçün AFFA ilə danışıqlar aparır.
Bildirilir ki, “Neftçi” rəhbərliyi və azarkeşləri “Qarabağ”ın çempionluğunu onların meydanında qeyd etməsini istəmir. Bu səbəbdən son turdakı qarşılaşmanın yerini dəyişmək istəyir. Səbəb olaraq isə “Qarabağ” azarkeşlərinin təhlükəsizliyini təmin edə bilməyəcəklərini göstərirlər.
Qeyd edək ki, turnirin son oyunu məhz sözügedən komandalar arasında baş tutacaq. “Qarabağ” Azərbaycan Premyer liqasının 27-ci turunda "Səbail"ə 4-0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirib.
PFL çempionun turnirin son oyununda mükafatlandırılacağını açıqlayıb.(Publika.az)
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...