Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar
Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.
1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib.
Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil edib.
Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşüb, onlarla söhbət edib, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəsi ilə maraqlanıb.
Müəssisəyə sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.
1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...