Azərbaycan UEFA-nın Avropa Liqasının finalına hazırdır
Dövlət Turizm Agentliyi digər dövlət orqanları ilə birgə mayın 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.
Azarkeşlərin səbirsizliklə gözlədiyi, 2018-ci ilin dekabr ayından etibarən biletləri satışa çıxarılan finalın hazırlıqları xeyli müddətdir ki, davam edir.
Məlumat üçün bildirək ki, AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London- Bakı – London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.
Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək.
Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.
Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəfəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.
Xatırladaq ki, ölkəmiz Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malikdir.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...