Azərbaycan cüdoçusu “Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib.
H.Heydərov rəqibini cərimə xalları hesabına yenib.
Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Turnirə mayın 12-də yekun vurulacaq.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...