Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub.
XXVIII turun son oyununda gümüş mükafatçısı "Neftçi" çempionluğu erkən rəsmiləşdirən "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda qonaqlar qalib gəlib - 3:2.
Oyunda hesabı 15-ci dəqiqədə "Qarabağ"ın forvardı Mahir Mədətov açıb. Lakin ilk hissənin sonlarına yaxın "Neftçi" 2 qol vurub. Əvvəlcə 38-ci dəqiqədə Emin Mahmudov, 2 dəqiqə sonra isə Canluka Sansone fərqlənib. İkinci hissədə yenidən Mədətov ön plana çıxıb. O, 64-cü dəqiqədə hesabı 2:2 edib. Oyunun 90-cı dəqiqəsində isə Riçard Almeyda Ağdam komandasının qələbə qolunun müəllifi olub.
Beləliklə, "Qarabağ" mövsümü 66, "Neftçi" isə 58 xalla başa vurub.
Mədətov isə 16 qolla mövsümün bombardiri olub.
Qeyd edək ki, bir neçə dəqiqə sonra mükafatlandırma mərasimi başlayacaq. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.
Turun digər oyunlarında "Keşlə" "Səbail"i 4:1, "Zirə" "Sabah"ı 3:0, "Sumqayıt" isə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...