“Gilan Holding” Respublika Gününə həsr olunmuş şirkətlərarası mini futbol turniri keçirir
Respublika Günü münasibətilə ölkəmizin aparıcı holdinqlərindən biri olan “Gilan Holding”, Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında “Gilan Kuboku” mini futbol turniri təşkil edir.
Tariximizin şərəfli və əlamətdar gününə həsr olunmuş turnirin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının idmana, sağlam həyat tərzinə marağın artmasına, həmçinin şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsinə töhfə verilməsidir.
Turnirdə “Gilan Holding”-in komandası daxil olmaqla 16 komanda birinci yer uğrunda mübarizə aparacaq. Bu ilin iyun ayında start götürəcək turnir iqtisadiyyatın müxtəlif sektorlarında uğur qazanmış şirkətlərin həvəskar komandaları arasında gərgin mübarizə, xoş ünsiyyət və yüksək azarkeş dəstəyi ilə yadda qalacaqdır.
İyul ayının sonunadək davam edəcək “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar və oyun məharəti ilə seçilən oyunçular xüsusi mükafatlarla təltif olunacaqlar.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...