Lənkəranda uşaq günüylə bağlı şənlik keçirilib
Lənkəran şəhər mədəniyyət mərkəzində 1 İyun- uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş şənlik keçirilib.
Şənlikdə Ümummilli Lider Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla görüşlərindən kadrları əks etdirən süjet nümayış etdirilib. Rayonun ümumtəhsil məktəbləri şagirdlərinin, uşaq bağçalarının körpə fidanlarının və uşaq musiqi məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən şən mahnı və rəqsləri tədbir iştirakçıları alqışlarla qarşılayıblar.
Şənlikdə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov uşaqları bayram münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıb. İcra başçısı rayonda keçirilən tədbirlərdə yaxından iştirak edən bir qrup istedadlı uşaqa şəhər İcra hakimiyyətinin Fəxri fərmanlarını və hədiyyələr təqdim edib.
1 İyun- uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Heydər Əliyev xatirə parkında, uşaq evində, orta ümumtəhsil məktəbləri və uşaq bağçalarında uşaqlar üçün rəngarəng tədbirlər keçirilib.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...