Lənkəranda kənd təsərrüfatı yarmarkası - Foto
İyunun 11-də Lənkəran şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə kənd təsərrüfatı texnikasının növbəti yarmarkasının açılışı olub.
Yarmarkanın keçirilməsində məqsəd Lənkəran və ətraf rayonlarda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır. İki gün davam edəcək yarmarkada çoxlu sayda təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edəcəklər.
Yarmarkanın açılış mərasimində çıxış edən İcra başçısı Taleh Qaraşov bildirib ki, hazırda ölkəmizdə kənd təsərrüfatı prioritet sahələrdən birinə çevrilib: “Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə xüsusi önəm verməsi də məhz bununla əlaqədardır. Son illərdə həyata keçirilən aqrar islahatlar, ölkədə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramlarının qəbul edilməsi bunu aydın göstərir. Həmin proqramlara uyğun olaraq Lənkəranda da çay, çəltik, sitrus meyvəçiliyi sahələri daha da genişləndirilib, qədim əkinçilik ənənələri bərpa olunub. Məhsuldarlığın artırılmasında, ölkədə ərzaq bolluğu yaradılmasında kənd təsərrüfatının mexanikləşdirilməsinin vacibliyini önə çəkən İcra başçısı yerli fermerlərin və təsərrüfat başçılarının təklif olunan texnikalara yaxından maraq göstərəcəklərinə əmin olduğunu bildirib”.
İki gün davam edəcək yarmarkada Almaniya, İtaliya, Rusiya istehsalı olan 300-ə yaxın müasir kənd təsərrüfatı texnikası nümayiş etdiriləcək.
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...