“Londonda Azərbaycanın 2 komandası oynasaydı...” - UEFA prezidenti
UEFA prezidenti Aleksandr Çeferin Bakıda keçirilən Avropa Liqasının finalından danışıb.
O, İngiltərənin Oksford Universitetində çıxışı zamanı ingilisləri tənqid edib.
Qurum rəhbəri bildirib ki, hansı turnirdə ingilis klubları varsa, orada narazılıq yaranır:
“İlyarım əvvəl finalın Bakıda keçirilməsinə dair qərar qəbul etdik. Orada 70 minlik müasir stadion var. Hansı ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. “Niyə final matçını Bakıda keçirdiniz", deyə soruşsaydılar, cavab verərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar. Onlar saat fərqi ilə əlaqədar oyunu axşam saat 11-də izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar. Amma hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım".
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...