Biləcəridəki hərbi hissədə tədbir keçirilib - Foto
İyunun 24-də Binəqədi rayonu, Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun yaranmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissə komandirinin müavini Polkovnik-leytenant Zabil Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları hərbi hissəsinin zabit və əsgər heyəti iştirak edib.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov tədbiri açıq elan edərək hazırda Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu olduğunu bildirib. Çıxış edən Zabil Əliyev Silahlı Qüvvələrimizin son illər sürətlə inkişaf ediyini, bu gün ordu quruculuğunun dövlət başçısının diqqət mərkəzində olduğunu deyib. Nicat Allahverdiyev Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdiyini deyib.
Sonda ordu sıralarında xidmətdə fərqlənən bir qrup zabit və əsgər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif edilib. Tədbir “İlahə xalq çalğı” ansamblının ifasında bayram konserti ilə davam etdirilib.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...