Qaradağda Heydər Əliyevlə bağlı tədbir keçirildi
Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə millət vəkili Mixail Zabelin, İqtisad elmləri doktoru, professor Qəzənfər Abbasov, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağın icra başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra millət vəkili Mixail Zabelin öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Heydər Əliyevin ideyalarının dayandığını bildirib. Tədbirdə çıxış edən Qəzənfər Abbasov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Aydın Hüseynov isə Heydər Əliyevin siyasi fəaliyyəti haqqında danışıb. İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov isə öz çıxışında Ümummilli liderin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən bəhs edib.
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...