Oqtay Şirəliyev festivalla bağlı əmr verdi

13:06 19-07-2019 | icon 2905
Oqtay Şirəliyev festivalla bağlı əmr verdi

Səhiyyə Naziri Oqtay Şirəliyev Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcəklər. Bu, ayın 29-na qədər davam edəcək. Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. 

 

Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

 

 

Digər xəbərlər

0.25825691223145