İki komanda “Gilan Kuboku”nun finalında görüşəcək
28 May - Respublika Gününə həsr olunan şirkətlərarası “Gilan Kuboku” mini futbol turniri ən həyəcanlı kulminasiya hissəsinə yaxınlaşır. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarından ibarət olan 16 komanda “Gilan Kuboku” üzrə mübarizəyə qatılmışdır. İştirakçı komandalarının yüksək hazırlığı, parlaq oyunlar və şirkətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə fərqlənən turnirin finalına “Gilan Holdinq” və "Azərsun Holdinq" komandaları vəsiqə qazanıb.
Sabah, 26 iyul 2019-cu il tarixində Su İdmanı Sarayının mini futbol meydançasında “Gilan Kuboku” çempionatında birinci yer uğrunda qarşılaşma “Gilan Holdinq” və "Azərsun Holdinq" komandaları arasında baş tutacaq. Turnirə böyük həvəslə qatılan, iddialı və güclü oyun nümayiş etdirən “FAB Boya” və “Kapital Bank” komandaları öz aralarında 3-cü yerə sahib olacaq komandanı müəyyən edəcəklər.
Qeyd edək ki, Respublika Gününə həsr olunan “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar üçün təyin edilmiş ümumi mükafat fondu 18.000 AZN təşkil edir. Birinci yerə sahib olacaq komandaya 10,000 AZN, 2-ci yeri tutacaq komandaya 5,000 AZN, 3-cü yerə layiq görüləcək komandaya isə 3,000 AZN məbləğində mükafat təqdim olunacaq.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...