“Sədərək”dəki yanğın - Fotolarda
Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yekun məlumat açıqlayıb.
Həmin məlumatı təqdim edirik:
“Saat 16:29-da “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 25 texnikası, 120 nəfərlik şəxsi heyətdən ibarət yanğın bölmələri hadisə yerinə cəlb olunub. “2-ci çağırış”la hadisə yerinə yanğısöndürənlərlə bərabər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 43 nəfər şəxsi heyəti və 7 texnikası cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 1600 m2 olan müxtəlif təyinatlı sənaye malları anbarının yanar konstruksiyaları və içərisindəki mallar 900 m2 sahədə yanıb. Yanğından anbarın qalan hissəsi və bitişik anbarlar mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 19:43 dəqiqədə məhdudlaşdırılıb və saat 23:30-da söndürülüb.
Yanğın zamanı 16-sı FHN əməkdaşı olmaqla 26 nəfər tüstüdən zəhərlənib. Onlardan 17 nəfər (12 nəfər FHN əməkdaşı, 4 nəfər polis, 1 nəfər tibb işçisi) Respublika Toksikologiya Mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 9 nəfərə yerində (“Sədərək” ticarət mərkəzinin ərazisində) tibbi yardım göstərilib”.
FHN-ə istinadən dünənki yanğından fotoları təqdim edirik:
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...