“Qurban Qurbanov nazir təyin olunsun!” – Deputatdan təklif
“Vaxtilə mən “Qarabağ”la oyunlara gedəndə gördüm ki, futbolçular mahnı oxuyurlar. Soruşdum ki, niyə oxuyursunuz? Dedilər, qıraqdakı söyüşləri eşitməmək üçün oxuyuruq ki, ancaq öz səsimişi eşidək”.
Bu sözləri açıqlamasında millət vəkili Aqil Abbas APOEL - “Qarabağ” (1:2) oyunundakı erməni təxribatından danışarkən deyib. Deputat cavab qarşılaşmasında “Qarabağ” azarkeşlərini stadiona Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqları ilə gəlməyə səsləyib:
“Bu futboldur, futbolda hər şey ola bilər. Düzdür, “Qarabağ” tərəfi əvvəlcədən APOEL rəhbərliyinə, onların polis idarəsinə xəbərdarlıq etmişdi. Amma APOEL-in özü elə erməni kimi bir şeydir də. Onlar həmişə ermənilərin tərəfini saxlayıb. Bunu faciə etmək lazım deyil. Keçirdiblər? Onda “Qarabağ” – APOEL oyununa gedənlər Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqlarını götürsünlər.
Hətta sizə bir fakt da deyim. Rusiyada bir dəfə Türkiyəylə Ermənistan oynayırdı, bizim bayraqları stadiona buraxmamaqla bağlı tapşırıq vermişdilər. Kimsə gizli şəkildə bayrağımızı həmin oyuna keçirmişdi. Onu da zibilə atdılar. Həmin oyuna Abdulla Güllə də Serj Sarkisyan canlı baxırdı”.
A.Abbas “Qarabağ”ın APOEL-i keçib, “Ayaks”la qarşılaşacağını və ona da qalib gələcəyinə əminliyini vurğulayıb. O, həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla Xaricci İşlər naziri Elmar Məmmədyarovu da müqayisə etməyi unutmayıb:
““Qarabağ” belə şeylərə artıq öyrəşib. Düzdür, ruhən pis şeydir. Amma “Qarabağ” oyununu oynayır. Orada onları yerində otuzdurduq, burada da elə olacaq. Sonra “Ayaks”kla qarşılaşacağıq. “Ayaks”ı da yerində oturdacağıq. Düzdür, güclü komandadır, amma “Qarabağ” da “Qarabağ”dır da.
Mənim bir sözüm də var, Qurban Qurbanovu Elmar Məmmədyarovun yerinə qoysaq, biz xarici siyasətdə daha çox artırarıq”.(yenisabah)
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...