SOCAR-dan “Rəsulzadə” gəmisi ilə bağlı açıqlama
“Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.
Bunu “Report”un sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək ididiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: “Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.
Yenisabah.az xatırladır ki, “Mammad Amin Rasulzade” ilə “Doric Warrior” adlı gəmilər arasında toqquşma avqustun 13-də gecə saatlarında baş verib. Bu barədə məlumatı “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yayıb. O, bildirib ki, “Mammad Amin Rasulzade” gəmisi İstanbulun Dəmir bölgəsində limanda dayandığı yerdə vurulub. Artıq faktla bağlı İstanbul prokuroluğunda cinayət işi başlanıb.
Hadisə ilə bağlı yayılan məlumatlarda “Doric Warrior” gəmisinin “SOCAR Ukraine” şirkətinə çalışdığı iddia edilirdi.
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...