Mehin Hümbətovadan tənqidlərə cavab: "Mən milyoner deyiləm"
Müğənni Mehin Hümbətova təhsil haqqını ödədiyi Orxanla fotosunu sosial şəbəkədə paylaşıb.
M.Hümbətova etdiyi yaxşılığın bu qədər böyüdülməsinə təəccübləndiyini yazıb:
“Tanış olun, bu Orxandır. O öz zəhmətilə oxuyub, heç bir repetitor yanına getmədən ADU-nun "Fransız dili-Rus dili tərcümə" fakültəsinə daxil olub. O, artıq müstəqil həyata qədəmlərini qoyub. Qarşısında bəzi məqsədləri var. Çox ümid edirəm ki, məqsədlərinə çatacaq. Keçək digər məsələyə. Mənim Orxana yardım etməyim insanlarımızı sözün yaxşı mənasında təəccübləndirib. Bu etdiyimi qəhrəmanlıq edirmişəm kimi qələmə verməyiniz isə məni təəccübləndirdi. Bu əslində imkan daxilində hamımızın etməli oluğu bir işdir. Mən milyoner deyiləm ki. İmkan daxilində gücümün çatacağını görüb əl uzatdım Orxana”.
İfaçı bu cür işlərin dəb halını almalı olduğunu vurğulayıb:
“Məncə, bu artıq "dəb" halını almalıdır. Məsələn, qonşu Türkiyədə bursla oxuyan tələbələr var. Yəni maddi imkanı yaxşı olan insanlar qanuni yollarla ehtiyacı olan tələbələrin təhsil haqqlarını ödəyirlər. Bizdə də belə bir sistem yaradılsa, təhsilsiz uşaq qalmaz. Hər şeyin başında təhsil durur!” Savadlı nəsil, uğurlu gələcək istəyiriksə, gənclərə dəstək olmalıyıq".
Müğənni bu addımı ilə özünü reklam etdiyini düşünənlərə də cavab verib:
"Məsələnin başqa bir tərəfi isə saytlar dünən işıqlandırmasaydılar, bu məsələni mən heç yazıb, açıqlama vermək istəmirdim. İstəmirəm düşünülsün ki, yaxşılıq edib reklam qazanır (halbuki, reklam mənim nəyimə?!). Hər bir halda demək istədiyim odur ki, kaş elə bu cür addımları təbliğ edib dəb halına çevirin, nəyinki, sürdüyünüz maşınlarla, geyindiyiniz marka geyimlərlə bəhsə bəhs edin. Eybi yox qoy hamı öz etdiyi yaxşılığı reklam etsin, amma ən azından kiminsə dadına yetmiş olsun. Yazılan bütün şərhləri, duaları, xoş sözləri oxuyuram. Var olun!".
Qeyd edək ki, tələbənin təhsil haqqını ödədiyinə görə Mehin Hümbətovanı alqışlayanlar olsa da, onu tənqid edənlər də tapılıb. Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin bu addımı gündəmə gəlmək üçün atdığını iddia ediblər.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...