Doğum evlərində dəhşət – Pediatr Mehriban Əliyevaya müraciət etdi
Pediatr Aytən İsmayılzadə doğum evrlərində baş verən dəhşətli faktlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Pediatr öz facebook hesabında doğum evlərində baş verən dəhşətli faktlarla bağlı Mehriban Əliyevaya ünvanladığı müraciəti paylaşıb.
Müraciətdə qeyd edilir ki, istər dövlət, istərsə də özəl klinikalarda təzə doğulan körpələrə ilk gündən suni qidalar verilir. Əmizdirmə üzrə məsləhətçilər şöbəyə buraxılmır, analarla görüş təmin edilmir və analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmırlar. Başda şöbə müdirləri olmaqla neontoloqlar maddiyyat qarşılığında valideynələrə suni qidalar aldırırlar. Yeni doğulmuş körpənin ilk olaraq ana südü ilə qidalanmasının nə qədər vacib olduğu bilindiyi halda istər özəl, istərsə də dövlət xəstəxanalarında körpəyə 3 gün suni qida verilir. Sonrakı dönəmdə körpələr ana südündən imtina edir.
Nəticədə körpələrdə həzm problemi yaranır, tez-tez allergik vəziyyətlərə rast gəlinir. Bu vəziyyətin mənfi təsirləri anadan da yan keçmir. Analar da psixoloji və fziki narahatlıqlar keçirirlər.
Pediatr müraciətində doğum şöbələrinə suni qida girişinin qadağan edilməsini, yersiz suni qida təyin edən həkimlərin cəzalandırılmasını, əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılmasını, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsini məqsədəuyğun hesab edib.(yenisabah)
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...