Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb - Fotolar
Xırdalan şəhərinin Heydər Əliyev prospektində qazıntı işlərinin aparılması və bu prosesin 2 ilə yaxındır yekunlaşmaması sakinlərin narazılığına səbəb. Bu narazılıq sosial şəbəkələr vasitəsilə ifadə edilir.
Qazıntı işləri şəhərdə kanalizasiya sisteminin yenilənməsi ilə əlaqədardır. Sakinlərin narazılığı isə alternativ yolun olmaması, nəticədə tıxacın yaranmasıdır.
Sakinlər həm də bildirib ki, prospektdə 6 ildən çoxdur ki, müxtəlif təyinatlı işlər aparılır. “Şəhərin mərkəzi prospekti olan bu ərazidə iş bitmir ki, bitmir. İllərdir əziyyət çəkirik. Gah kanalizasiya xətləri yenilənir, gah su xətlərini dəyişdirildiyini deyirlər. Alternativ yol da yoxdur. Ona görə də hər gün tıxac problemi ilə üzləşirik. Əsəblərimiz korlanıb artıq”, - deyə sakinlər bildirib.
Araşdırmalarımız zamanı bəlli olub ki, kanalizasiya xətlərinin təzələnməsindən sonra yol təsərrüfatı yenidən qurulacaq. Bunu ərazidə işləyən fəhlələr deyib. Onların sözlərinə görə kanalizasiya xətlərinin yenilınməsi işi artıq başa çatmaq üzrədir. “Bundan dərhal sonra yolun təmirinə başlanılacaq”, - deyə fəhlələr bildirib.
Sakinlər isə buna o qədər də sevinmirlər. Doğrudur, yol bərbad gündədir. Amma sakinlər bunun da təmirinin 5-6 il çəkəcəyini düşünür. “Əgər belə komplkes layihə var idisə əvvəldən alternativ yol çəkilməli idi. Axı bura mərkəzdir. Gediş-gəliş çoxdur. Hər gün də maşınların sayı artır”,- deyə sakinlər əlavə edib.
O da bəlli olub ki, şəhərin Nizami küçəsindəki dayanacağın ərazisi hasarlanıb. İddialara görə, onun yerində 3 mərtəbəli bina tikiləcək.
Bu məsələdə Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın yaxın qohumlarının adı hallanır. İddia olunur ki, başçının ailə üzvlərindən biri bu ərazidə hündürmərtəbəli bina tikmək niyyətindədir. (yenisabah)Zəbt olunan dayanacağın ərazisi
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...