Bakıda tramvayların hərəkəti bərpa edilə bilər - Video
Bakının nəqliyyat yükünü azaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər. Sözügedən ictimai nəqliyyat vasitəsinin yenidən bərpa edilməsi ilə bağlı müzakirələr gedir. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müşaviri Rüfət Mahmud "Xəzər xəbər"ə danışıb.
'Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə R. Mahmud qeyd edib.
Nəqliyyat eksperti Ərşad Hüseynov da deyir ki, tramvaylar 98-ci ilə qədər Bakıda işlək vəziyyətdə idi. Həmin vaxt paytaxda nəqliyyat sıxlığı az olduğundan onlar rahat hərəkət edə bilirdilər, amma hazırkı vəziyyətə görə tramvayın hərəkəti şəhərdə mümkün deyil.
Ekspert deyir ki, əgər şəhərin mərkəzi küçələrində yolları qazıb tramvay xətti çəkilərsə bu aylar hətta illərlə vaxt aparacaq. Bu da o deməkdir ki, iş gedən vaxt yol bağlanacaq və həmin küçələrdə nəqliyatın hərəkəti iflic olacaq. Ekspert təklif edir ki, şəhər mərkəzi üçün ən əlverişlisi elektobusların alınmasıdır.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...