İcra başçısından oğlu ilə bağlı xəbərə - Açıqlama
Saatlı İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov oğlunun Kanadada mülklərinin olmasıyla bağlı xəbərlərə münasibət bildirib.
Saatlı rayon İcra Hakimiyyətindən daxil olan açıqlamada icra başçısı xəbərin həqiqətə uyğun olmadığını bildirib.
“Guya oğlum Anar İsmayılov Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində dəyəri 1 milyon 300 min dollar olan mülk alıb və həmin əmlakın alınmasına dair çıxarışın surəti yayılıb. Bildirirəm ki, yazıda qeyd olunanlar əsasız və böhtan xarakterlidir. Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirir və bəzi KİV-lərin reytinq naminə dəqiqləşmə aparmadan yalan məlumat yaymalarından dərin təəssüf hissi keçirirəm”, - deyə Nazim İsmayılov əlavə edib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...