Dəmiryolçuların idman spartakiadası keçirilir - Fotolar
Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadasına start verilib.
Spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail Bağırov çıxış edib. Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.
Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin komandaları idmanın voleybol, mini futbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar.
Qeyd edək ki, dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi davam edəcək. 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...