Süleyman Mikayılov abad məhəllənin açılışında - Foto
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Ə.Məmmədov küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.
Qurumdan verilən məlumata görə, yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, altıbloklu binada yaşayan 60 ailənin istifadəsinə verilib.
Aparılmış abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilib, boyanma və işıqlandırma sistemi çəkilib, 6 ədəd dəmir qəfəs qapıları quraşdırılıb, dəmir barmaqlıqlar rənglənib. Salınmış abad məhəllədə 2000 kv metr sahəyə qazon döşənib, 400 kub münbit torpaq daşınıb. Binanın ətrafına 5500 kvadrat metr asvalt örtüyü vurulub. 1500 metr uzunluğunda asfalt üstü üfüqi xətlər çəkilib.
Ümumilikdə görülmüş abadlıq işləri çərçivəsində bu ərazidə 300 kvadrat tamet, 800 kvadrat aqlay daşları döşənib, 1500 metr səki daşı quraşdırılıb, 6000 kvadrat metr boyaq işi görülüb. Abad məhəlləyə yaxın ərazilərdə fərdi yaşayış evlərinin divarları suvanıb və boya ilə rənglənib.
Salınmış abad məhəllədə 5 kölgəlik , 6 oturacaq , uşaq sürüşkəni ,uşaq yelləncəyi və tərəzisi, uşaqlar üçün turniklər quraşdırılıb.
Binanın ətrafında 300 Eldar şamı, 100 aleandra, müxtəlif bəzək ağacları əkilib. Salınmış yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün su xətləri çəkilib.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...