Nizami rayonu inkişaf edir, abadlaşır

12:12 10-09-2019 | icon 5073
Nizami rayonu inkişaf edir, abadlaşır

Bu gün respublikamızın rayon, şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri  Nizami rayonunda da özünü qabarıq şəkildə büruzə verir.

Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır.


Nizamidə son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.

Ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Nizami rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub.

2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına əsasən deyə bilərik ki, Nizami rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 270,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.2  faiz  çox  sənaye məhsulu istehsal edilib. Bütün maliyyə mənbələri hesabına 18,8 milyon manat həcmində əsas fondlar istifadəyə verilib, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 235,9 milyon manat həcmində vəsait yönəldilib, 21,0 milyon manatlıq tikinti-quraşdırma işlərin görülüb, podratçı təşkilatlar tərəfindən görülən işlərin həcmi 58,2 milyon manat, əsaslı təmir 3,0 milyon manat, cari təmir 12,4 milyon manat, sair tikinti işləri isə 25,2 milyon manat təşkil edib.

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 986,6 milyon manatlıq əmtəə satılıb. Rabitə müəssisələri tərəfindən 220,4 milyon manat, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 49,8 milyon manat həcmində xidmət göstərilib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 176,2 milyon manat təşkil edib. Rayon üzrə muzdlu işçilərin sayının əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz  artaraq 46990 nəfər olduğunu, işçilərin orta aylıq nominal əmək haqqının 666,0 manat təşkil etdiyini, 2019-cu yanvar-iyun aylarında 1805 yeni iş yeri açıldığını da xüsusi qeyd etməliyik.

2019-cu ilin birinci yarısında Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 1903 nəfərin qeydiyyata götürülüb ki, bunlardan da 1026 nəfərin münasib işlə təmin edilib. “DOST” iş mərkəzinin xətti ilə 795 nəfərin sosial işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 132 nəfərin cəlb olunub.

Bunlardan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə fevralın 12-dən may ayının 12-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirilib. Ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124739 nəfərdən 84783 nəfərin tibbi müayinədən keçib ki,  onlardan 3141 nəfərin ambulator, 256 nəfərin stasionar, 96 nəfərin isə ixtisaslaşmış tibb müəssisələrinə müalicəyə göndərilib. Stasionar müalicəyə göndərilənlərdən 64 nəfərində isə cərrahiyyə əməliyyatı aparılıb.

Cari ilin 6 ayında rayonda 16760 m2  şüşə ruberoid təmir edilmiş, 120 p/m su xətti, 56 p/m kanalizasiya xətti, 1206 p/m navalça, 360 p/m yağış su borusu dəyişdirilmiş, ümumi istifadə yerindən sınmış 578 m2 şüşə yenisi ilə əvəz edilmiş, 93 mövcud giriş qapısı, 62 pəncərə təmir olunmuş, 620 p/m tüstü baca və ventilyasiya  kanalları təmizlənmişdir. M.X.Şərifli  küçəsi 84, 86, 88, R.Rüstəmov küçəsi 37, 39, Q.Qarayev prospekti 63 №-li binaların dam örtüyü yenidən qurularaq çardaqlı dam örtüyü ilə əvəz edilmişdir. Naxçıvanski küçəsi 61, 63, 65A, 67, 69, B.Nuriyev küçəsi 37, 49, Q.Qarayev prospekti 59 saylı binalar əsaslı təmir edilmiş və həyətləri abadlaşdırılmış, uşaqların əylənməsi üçün attraksionlar, böyüklərin istirahəti üçün idman qurğuları və müasir tələblərə cavab verən günlüklər quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Rayonda ötən 6 ay ərzində ayrı-ayrı ünvanlarda 2080 p/m səki daşı yenisi ilə əvəz olunmuş, piyadalar üçün nəzərdə tutulan səkilərə 7350 m2asfalt beton örtüyü vurulmuşdur.

Yaxın gələcəkdə rayonda bir sıra həlli vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər

0.21255993843079