“Neftçi”nin prezidenti keçmiş işçisini polisə verdi
“Neftçi”nin prezidenti Kamran Quliyev polisə müraciət edib.
K.Quliyev sentyabrın 7-də Bakı Şəhər Baş Polis idarəsinə ərizə verərək keçmiş əməkdaşından şikayətçi olub. Klub prezidenti ərizəsində qeyd edib ki, bir müddət öncə klubun İT-şniki Kamran adlı əməkdaşı işdən çıxarıb. Həmin şəxs isə klubun veb səhifəsinin əsas idarəetmə panelini təhvil verməyib. Ona bir neçə dəfə bununla bağlı müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib.
Faktla bağlı “Qorotdel”də araşdırma aparılır.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlamasında məlumatı təsdiqləyib: “Həqiqətən belə bir hadisə baş verib. Həmin şəxs bizim klubda əvvəllər işləyib. Gedərkən isə saytın loqin və parolunu heç kimə verməyib. İndi də deyir ki, pul verin loqin və parolu verək. Bu səbəbdən də klub adından həmin adamı hüquq-mühafizə orqanlarına şikayət etmişik”.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...