Sotomayor dünya çempionatına qələbə ilə başladı  

18:13 13-09-2019 | icon 2280
Sotomayor dünya çempionatına qələbə ilə başladı
 

Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub. 69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/32 final mərhələsində Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.

Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, 1/16 finala yüksəlib. Sotomayor növbəti qarşılaşmasında əlcəzairli Şemseddin Kramounu sınağa çəkəcək. Görüş sentyabrın 16-da olacaq.

 

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 finala yüksəlib.


Digər xəbərlər

0.2374279499054