“Sabah” baş məşqçisini istefaya göndərdi
“Sabah”ın baş məşqçi vəzifəsində dəyişiklik edilib. Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.
Əsas komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.
Qeyd edək ki, E.Əhmədov ötən ildən "Sabah"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm 4 oyundan 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...