Neftin qiyməti 100 dollara qədər arta bilər
Dünya birjasında neftin qiymətində kəskin bahalaşma müşahidə olunur.
Buna səbəb sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu olub.
Belə ki, ICE London birjasında “Brent” markalı neftin noyabr fyuçersləri 19 % artaraq 71,95 dollara çatıb.
WTI markalı neftin oktyabr fyuçersi isə 15% artaraq bir barelə görə 63,34 dollara bərabər olub.
“Onyx Commodities” şirkətinin baş direktoru Qreq Nyuman “Röyters” agentliyinə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı xammal tədarükünü tez bir zamanda bərpa etməsə, neftin qiyməti bir barrel üçün 100 dollara qədər arta bilər.
Qeyd edək ki, dünyanın neft üzrə ən böyük ixracatçısı və ikinci ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı 14 sentyabr gecəsi neft qurğularına dronların hücumundan sonra hasilatı iki dəfə azaltmaq (gündə 5,7 milyon barel) məcburiyyətində qalıb.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...