Ronaldo ağladı - “Ulduz oldum, atam görmədi”+Video
“Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo 14 il öncə dünyasını dəyişən atası Joze Dias Aveiru haqda danışarkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçu keçmişdə hərbçi olan, son illərdə alkoqol asılılığı yaranan və 52 yaşında qaraciyərindəki xəstəlikdən vəfat edən atası ilə bağlı videoya baxarkən ağlayıb.
Videoda atası 2001-ci ildə kubok qaldıran Ronaldo barədə xoş sözlər söyləyib.
“Piers Morgan”a müsahibə verən Ronaldo həmin anları daha əvvəl izləmədiyini deyib: "Bu videonu heç izləməmişdim. İnanılmazdır. Hardan tapdığınızı bilmirəm. Bunları ailəmə göstərməliyəm. Atamı lap dəqiqliyi ilə tanımıram. Alkoqoldan asılı insan idi. Onunla normal insan kimi danışmadım. Çox çətindir”.
Ronaldo 20 yaşında olarkən atasını itirdiyini deyib: “Mən bir nömrəli futbolçu oldum, amma o, heç nə görmədi. Mənim mükafatlar almağımı və bu yerlərə gəlməyimi görə bilmədi. Ailəm, anam, qardaşlarım və böyük oğlum belə uğurlarımı görür, ancaq o, yox... Çox gənc vəfat etdi”.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...