Məhəmmədov və Hacıyev 1/4 finalda
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə sart verilib.
Ağahüseyn Mustafayev təsnifat mərhələsində Türkiyə güləşçisiylə ağır görüş keçirib. Hesabda 0:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək qələbə qazanıb. Ancaq dünya çempionatının gümüş medalçısına məğlub olub.
Hacımurad Hacıyev ilk görüşdə sabiq dünya çempionu, Olimpiadanın ikiqat medalçısıyla qarşılaşıb. Hindistanlı güləşçi 9:4 hesabıyla önə çıxsa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən yığmamızın üzvü qələbə qazanıb. Hacımurad növbəti mərhələdə 3 qat Avropa çempionu, Olimpiadanın və dünya çempionatının bürünc medalçısı Soner Demirtaşla üz-üzə gəlib. Növbəti dəfə əzmkar çıxışla diqqət çəkən Hacıyev II Avropa Oyunlarındakı məğlubiyyətin revanşını alıb.
Cəmaləddin Məhəmmədov startda Belarus idmançısından güclü olub.
70 kq
Təsnifat - Ağahüseyn Musafayev - Heydər Yavuz (TUR) 10:6
1/8 final - Ağahüseyn Mustafayev - Adam Batırov (BRN) 2:5
74 kq
Təsnifat - Hacımurad Hacıyev - Kumar Suşil (İND) 11:9
1/16 final - Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) 5:2
1/8 final - Hacımurad Hacıyev - Bekzod Abdurrəhmanov (UZB) 12:9
1/4 final - Hacımurad Hacıyev - Cordan Barrous (USA)
92 kq
1/8 final - Şamil Zubairov - Süleyman Qaradəniz (TUR) 6:7
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Vitali Piaşniak (BLR) 9:1
1/8 final - Cəmaləddin Məhəmmədov - Nik Matuxin (GER) 5:1
1/4 final - Cəmaləddin Məhəmmədov - Jivey Denq (CHN)
Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/world-championships-36?tab=results
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...