7 ildən sonra yol açıldı

15:11 23-09-2019 | icon 3153
7 ildən sonra yol açıldı

Ceyhun Səlimov küçəsində 7 ildən sonra hərəkət bərpa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, küçənin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq bağlı idi. Artıq yolda hərəkət bərpa olunub. 

Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.

İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı  bərpa olunaraq sürücülərin istifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.

 





Digər xəbərlər

0.27612805366516